Avropada avtomobil satışı ötən ay da artıb | Banco.az

Avropada avtomobil satışı ötən ay da artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada avtomobil satışlarının artım tendensiyası oktyabr ayında da davam edib.

Banco.az xəbər verir ki, iqtisadi şəraitin pisləşməsinin alıcıları uzaqlaşdırmağa başlaması ilə bağlı artan narahatlıqlara baxmayaraq, Avropada avtomobil satışları oktyabr ayında artım göstərib.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) cümə axşamı bildirib ki, oktyabrda yeni avtomobillərin qeydiyyatı 14 faiz artaraq 910 753 olub. Sektor 12 aylıq ardıcıl geriləmədən sonra avqust ayında yüksəlişə keçmişdi.

Qeyd edək ki, avtomobil istehsalçıları az təchiz olunmuş yarımkeçiriciləri və digər komponentlərin təmin edilməsi ilə artıq pandemiya dövründəkinə görə daha yaxşı şəraitdə istehsal həyata keçirirlər. Bununla belə, regionda artan enerji böhranının xərclərə təsir göstərəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram