Avropa yüksək qaz qiymətləri problemi üçün hansı addımları atır? | Banco.az

Avropa yüksək qaz qiymətləri problemi üçün hansı addımları atır?

Müəllif - Aida İsaq, Banco.az

Avropa ölkələrinin qış mövsümünün başlamasına qədər yüksək yanacaq xərcləri problemini həll etməyə vaxtı olmaya bilər. Banco.az  xəbər verir ki, bu barədə "Blomberg" məlumat yayıb.

Avropa İttifaqının (Aİ) energetika nazirləri enerji böhranı ilə mübarizənin həlli yollarını razılaşdırmaqla bağlı noyabrın 24-də yenidən bir araya gələcək. Bundan öncəki görüş isə oktyabrın 25-də  baş tutmuşdu.

Agentliyin xəbərinə görə, bu cür görüşlərin yaza qədər nəticə verməyəcəyi gözlənilir. Çünki texniki qeyri-müəyyənlik və siyasi fikir ayrılıqları səbəbindən qazın qiymətinin məhdudlaşdırılması planları hələ də sual altındadır.

Qeyd olunur ki, 2022-ci ilin iyulunda avropalı nazirlər cəmi 6 gün ərzində yanacaq sərfiyyatının azaldılması ilə bağlı razılığa gələ biliblər, lakin o vaxtdan onların fəaliyyəti dayanıb.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirib ki, Aİ ölkələrinin enerji departamentlərinin rəhbərləri Lüksemburqda keçirilən görüşdə Avropa Komissiyasının (AK) təklifləri ilə bağlı konsensus əldə edə bilməyiblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram