Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan Energetika Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində ölkədə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsini dəstəkləyəcək. Bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.
Onun sözlərinə görə, hazırda AYİB həm nazirlik, həm də hökumətlə fəaliyyət planını tərtib edir ki, bunun vasitəsilə bərpa olunan enerji layihələrinin dəstəkləmək mümkün olacaq: "Bütün müzakirə etdiyimiz məsələlərə, o cümlədən bazar, texniki həllər və s. ahəng nöqteyi-nəzərdən baxılmalıdır. Əlbəttə, biz nazirlik və digər tərəfdaşlarla əməkdaşlıq edərək bir çox məsələni eyni zamanda həll etməliyik, bazarın tənzimləmə məsələsini həmçinin".
Apa.az