Avropa yaxın gələcəkdə bərpa olunan enerjiyə sürətli keçid edə bilməyəcək | Banco.az

Avropa yaxın gələcəkdə bərpa olunan enerjiyə sürətli keçid edə bilməyəcək

Müəllif - Aida İsaq, Banco.az

Yaxın gələcəkdə Avropa ölkələri bərpa olunan enerji mənbələrinə sürətli keçidi həyata keçirə bilməyəcək. 

Banco.az xəbər verir ki, “Bloomberg” sənaye analitiklərinin hesabatlarına əsasən bildirir ki, regionun təbii qaza tələbatı daha bir neçə onillikdə aktual olaraq qalacaq.

Sənayenin bir sıra qlobal nəhəngləri, o cümlədən Britaniya-Hollandiya şirkəti “Shell”, Amerikanın “Chevron” enerji şirkəti və sənayenin digər nümayəndələri də daxil olmaqla yanacağa investisiyalar artırmağı planlaşdırır. Eyni zamanda, Çin və bir sıra Avropa idxalçıları mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün müqavilələr bağlamaqda davam edir.

Qeyd edək ki, daha öncə Fransa prezidenti Emmanuel Makron investorları iqlim dəyişikliyi ilə mübarizəyə daha çox investisiya yatırmağa çağırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram