Avropa şirkətləri Rusiya neftini nəql etməkdən imtina etdi | Banco.az

Avropa şirkətləri Rusiya neftini nəql etməkdən imtina etdi

Müəllif:Mehin Qasımova/Banco.az

Avropanın böyük gəmiçilik şirkətləri "TMS Tankers", "Tenamaris" və "Minerva Marine" Rusiya neftini nəql etməkdən imtina ediblər.

Banco.az xəbər verir ki, bu barədə  "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, şirkətlər bu yolla ABŞ-ın sanksiyalarından yayınmaq istəyirlər.

Belə ki, Avropa şirkətləri indiyə qədər Rusiya ilə fəal əməkdaşlıq edib və Qərbin məhdudiyyətləri altına düşmək riski ilə bundan rekord gəlir əldə ediblər. Yunan tankerləri sentyabr-oktyabr aylarına qədər Rusiya nefti və neft məhsullarını daşıyıb. Lakin şirkətlər daha sonra əlavə təchizat tələblərini rədd ediblər.

Analitiklər hesab edir ki, belə şirkətlərin sayının azalması Rusiya üçün zərbə ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Vaşinqton bundan əvvəl də 14 təşkilata və üç neft tankerinə qarşı sanksiyalar tətbiq edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et