Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa şirkətlərinin tədarük üçün müraciət etdikləri ölkələr bəlli olub.
Banco.az xəbər verir ki, “Reuters Events” və dünyanın ən böyük konteyner daşıma şirkəti “Maersk” “Pandemiyadan sonrakı tədarük zəncirində dəyişiklik və istehsalın yaxınlaşması” mövzusunda birgə araşdırma həyata keçirib.
Bu araşdırmanın nəticəsində Avropa ölkələrində fəaliyyət göstərən müxtəlif şirkətlərin tədarük məsələsi üçün ən çox müraciət etdikləri ölkələr müəyyən edilib.
Buna görə, Avropa şirkətləri arasında 23,3 faizlə Polşa birinci, Almaniya isə 19,4 faizlə ikinci yerdədir. Daha sonra 12,4% ilə Türkiyə gəlir ki, onu da 10,9 faizlə İngiltərə, 10,1 faizlə ABŞ və Vyetnam, 8,5 faizlə Fransa və Rumıniya, 7,8 faizlə Çexiya və Hindistan izləyir.
Araşdırmada şirkətlərin Kovid-19-dan əvvəlki dövrlə müqayisədə riskləri azaltmaq üçün sürət və çevikliyə daha çox önəm verdiyi vurğulanmış, tədarük zəncirində xərclərin azaldılmasının şirkətlər üçün daha aşağı prioritet olduğu bildirilmişdir.
Bizi sosial şəbəkələrdən izləyin!!