Avropa Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır | Banco.az

Avropa Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Rusiya iqtisadiyyatının növbəti sahələrinə təsir edəcək sanksiyalar paketi üzərində çalışacaqlarını, yeni sanksiyaların texnologiya sahəsini və yeni insanları əhatə edəcəyini bildirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi və nüvə silahından istifadə xəbərdarlığından sonra Avropa İttifaqına (Aİ) üzv ölkələr yeni sanksiyalar paketi hazırlamaq və Ukraynaya silah dəstəyini artırmaq qərarına gəliblər.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel BMT Baş Assambleyası üçün Nyu-Yorkda olan Aİ ölkələrinin xarici işlər nazirlərini növbədənkənar və xüsusi iclasa çağırıb. O, Rusiyanın hərəkətlərinin bütün dünyada sülh və təhlükəsizliyi təhdid etdiyini və ərzaq və enerji qiymətlərini bahalaşdırmaqla ciddi qlobal nəticələrə gətirib çıxardığını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et