Müəllif - Aida İsaq, Banco.az
Gələn aydan başlayaraq Avropa Rusiyaya görə yeni problemlərlə üzləşəcək.
Banco.az xəbər verir ki, bu barədə italyan jurnalist Violet Silvestri bildirib. Daha öncə qeyd olunduğu ki, fevralın 5-dən etibarən Rusiya neft məhsullarının, o cümlədən dizel yanacağının daşınmasına qoyulan qadağa qüvvəyə minəcək. Jurnalistin sözlərinə görə, bu səbəbdən Avropa yeni çətinliklərlə üzləşəcək. Çünki Avropa İttifaqının (Aİ) itirilən yanacağı necə bərpa edəcəyi hazırda məlum deyil.
Onun sözlərinə görə, Aİ-nin keçən il Rusiyadan əldə etdiyi dizel yanacağının həcmi 220 milyon barel təşkil edib. Müvafiq yanacaq növü regionun iqtisadiyyatını qorumaq üçün son dərəcə vacibdir. Avtomobil, gəmi və digər bütün vasitələrin çalışması bu yanacaq növünün təminatından asılıdır. Bundan başqa italyan jurnalist sanksiyalar fonunda Rusiyanın neft məhsulları və dizel istehsalını azaltması riski olduğunu vurğulayıb. Beləliklə, dünyada bunun sayəsində müşahidə olunacaq dizel qıtlığı qiymətlərin bahalaşmasına da səbəb olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!