Avropa Rusiyadan mayeləşdirilmiş təbii qazın tədarükünü artırıb | Banco.az

Avropa Rusiyadan mayeləşdirilmiş təbii qazın tədarükünü artırıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya 2022-ci ilin yanvar-noyabr aylarında mayeləşdirilmiş təbii qazın ümumi ixracını illik ifadədə 9 faiz artıraraq 40 milyard kubmetrə çatdırıb. 

Banco.az xəbər verir ki, məlum olub ki, Avropa ilin əvvəlindən Rusiyadan qaz tədarükünə görə Asiyanı qabaqlayıb. Belə ki, Avropaya ixrac (Böyük Britaniya və Türkiyə daxil olmaqla) 11 ayda 22 faiz artaraq 20 milyard kubmetrə yüksəlib.

Aİ ölkələrindən Belçikaya daşınmalar 110 faiz artaraq təqribən 5 milyard kubmetrə, Fransaya 50 faizdən çox artaraq 7,3 milyard kubmetrə, İspaniyaya isə 40 faizdən çox artaraq 4,5 milyard kubmetrə çatıb. Həmçinin yanvar-noyabr aylarında Rusiya Türkiyə, İtaliya və Yunanıstana LNG tədarükünü bərpa edib. Adı çəkilən ölkələrə təxminən 400 milyon kubmetr ixrac həyata keçirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki,  ötən il bu sahələr üzrə ixrac olmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et