Avropa Rusiya dizelinə alternativ tapa bilib | Banco.az

Avropa Rusiya dizelinə alternativ tapa bilib

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı Rusiyadan dizel tədarükünü alternativ variantlarla əvəz edə bilib.

Banco.az xəbər verir ki, buna Yaxın Şərq və ABŞ-dan dizel tədarükünün artması kömək edib. Məlumata görə, may ayında Avropaya dizel tədarükünün həcmi artaraq sutkada təqribən 1,25 milyon barel olmaqla dörd ayın ən yüksək səviyyəsinə çatacaq. Həmçinin Səudiyyə Ərəbistanından tədarükün gündəlik təxminən 324.000 barelə və ABŞ-dan 2020-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə çatacağı gözlənilir.

Qeyd olunur ki, bu, Aİ-yə Çin və Sinqapur tərəfindən azaldılan Asiyadan tədarükün azalmasını kompensasiya etməyə kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et