Avropa rəqəmsal sürücülük vəsiqəsinə keçməyə hazırlaşır | Banco.az

Avropa rəqəmsal sürücülük vəsiqəsinə keçməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına üzv ölkələrdə rəqəmsal sürücülük vəsiqəsindən istifadə nəzərdə tutulur.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası İttifaqın sərhədləri daxilində avtomobil sürücülərinin sürücülük vəsiqələrinin rəqəmsallaşdırılması ilə bağlı təklif hazırlayıb.

Komissiyanın nəqliyyatdan məsul komissarı Adina Valean üzvlərin yol təhlükəsizliyi ilə bağlı iclasından sonra tərtib edilən təklifləri açıqlayıb.

Komissiyanın təklifləri arasında dünyada ilk dəfə tətbiq olunacaq “rəqəmsal sürücülük vəsiqəsi”nə keçid də var. Təklifə əsasən, Aİ üzvləri arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını asanlaşdırmaq üçün rəqəmsal sistem tətbiq ediləcək.

Qeyd edək ki, rəqəmsal sürücülük vəsiqəsinə keçid üçün 4 il müddət nəzərdə tutulub. Aİ Komissiyası rəqəmsal keçid qaydalarını təklifin qəbulundan sonra 18 ay ərzində qəbul etməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram