Avropa qaza qənaətdə irəliləyiş əldə edib | Banco.az

Avropa qaza qənaətdə irəliləyiş əldə edib

Müəllif - Aida İsaq, Banco.az

Noyabr ayında ölkələr yanacaq qənaətini uğurla yerinə yetirib.

Banco.az xəbər verir ki, ötən ay Avropanın yeraltı anbarlarındakı qaz ehtiyatlarının səviyyəsi 92,8 faizə çatıb. Bu isə son beş ilin eyni dövrünün orta göstəricisindən təqribən 11 faiz bəndi çoxdur.

Eyni zamanda, mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün Avropa terminallarında həcm artmağa davam edir. Noyabrın əvvəlindən onların gücündən istifadə göstəricisi 68 faiz, oktyabrda isə orta hesabla 60 faiz təşkil edib. Son bir həftədə isə terminallarda müşahidə olunan səviyyə ardıcıl olaraq 70 faizdən yuxarıdır.

Rusiyanın “Qazprom” şirkəti Avropada qaz istehlakının zəifləməsini dünyada qaza olan tələbatın azalması ilə əlaqələndirib. Məlumata görə, qlobal tələbat 11 ayda 55 milyard kubmetr, Aİ-də isə təxminən 50 milyard kubmetr azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et