Avropa Parlamenti Şengen müraciətlərinin rəqəmsallaşdırılmasını təsdiq edib | Banco.az

Avropa Parlamenti Şengen müraciətlərinin rəqəmsallaşdırılmasını təsdiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Parlamentinin (AP) deputatları Şengen vizası müraciətlərinin rəqəmsallaşdırılması ilə bağlı hesabatı qəbul ediblər.

Banco.az xəbər verir ki, Avropa Parlamentinin (AP) Vətəndaş Azadlıqları Komitəsinə təqdim edilən və 5 əleyhinə olmaqla 34 lehinə səs çoxluğu ilə qəbul edilən hesabat viza müraciətlərinin rəqəmsal şəkildə edilməsi ilə viza proseslərini sürətləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Viza müraciətlərinin rəqəmsallaşdırılması üçün tələb olunan hüquqi proses çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələrindən ibarət Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti birgə danışıqlar yolu ilə nəticə çıxarmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Aİ qurumları razılıq əldə edəcəyi təqdirdə, artıq vizalar pasportlarda çap olunmayacaq, elektron formada əksini tapacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et