“Avropa ölkələri tezliklə Rusiyadan LNG idxalını tamamilə dayandıracaq” | Banco.az

“Avropa ölkələri tezliklə Rusiyadan LNG idxalını tamamilə dayandıracaq”

Müəllif - Aida İsaq, Banco.az

Yaxın gələcəkdə Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını tamamilə dayandıracaq.

Banco.az xəbər verir ki, bu barədə İspaniyanın energetika naziri Tereza Ribera bildirib. Onun sözlərinə görə, müvafiq qadağanın tətbiqi gözləntilərdən daha tez icra oluna bilər. Nazir ölkənin əsas LNG idxalçılarına Rusiyadan yanacaq almaq üçün yeni müqavilələr imzalamamağı xahiş edib. Tereza Ribera əlaqə saxladığı bütün şirkətlərin yeni sövdələşmələrə imza atılmayacağını bildirdiyini açıqlayıb.

Qeyd edək ki, daha öncə İspaniyanın “Confidencial” qəzetinin məlumatına görə, Avropanın Rusiyadan enerji asılılığından xilas olmaq istəyinə baxmayaraq, Aİ ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını  davam etdirir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram