Avropa Müdafiə Fondu üçün 1,2 milyard avro ayrılıb | Banco.az

Avropa Müdafiə Fondu üçün 1,2 milyard avro ayrılıb

Müəllif - Aida İsaq, Banco.az

Avropa Komissiyası Avropa Müdafiə Fonduna 1,2 milyard avro ayırıb. 

Banco.az xəbər verir ki, komissiya Avropa Müdafiə Fondu çərçivəsində üçüncü illik iş proqramını qəbul edib. Beləliklə, birgə müdafiə tədqiqatları və təkmilləşdirmə layihələri üçün müvafiq büdcə ayrılıb. Məlumata görə, fondun cari il üçün iş proqramı kosmik müşahidə, hipersəs raketlərinə qarşı mübarizə və digər sənaye sahələrinin inkişafına yönəlib.

Qeyd edək ki, daha öncə, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell Avropa İttifaqı ölkələrinin ilin sonuna kimi Avropa Sülh Fondunun həcminin 3,5 milyard avro genişləndirilməsi məsələsinə baxmağa qərar verdiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et