Avropa Mərkəzi Bankının sədri iqtisadi artımla bağlı açıqlama verib | Banco.az

Avropa Mərkəzi Bankının sədri iqtisadi artımla bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bildirib ki, davamlı inkişaf üçün fiskal və pul siyasətləri uyğun olmalıdır.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bildirib ki, FED-in pul siyasətini sərtləşdirməsi ABŞ-da olduğu kimi Avrozonada da sənaye istehsalına təsir edir.

Sədr bunu ASEAN+3 mərkəzi banklarının konfransındakı çıxışı zamanı dilə gətirib.

O qeyd edib ki, davamlı inkişafa nail olmaq üçün pul və fiskal siyasətlərin harmoniya içində hərəkət etməsi zəruridir. Bununla yanaşı, sədr tələbi stimullaşdıran maliyyə siyasətlərinin mərkəzi bankları pul siyasətlərini normadan daha çox sərtləşdirməyə məcbur edə biləcəyi barədə xəbərdarlıq edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram