Avropa Mərkəzi Bankının sədri Bitkoinlə bağlı AÇIQLAMA etdi | Banco.az

Avropa Mərkəzi Bankının sədri Bitkoinlə bağlı AÇIQLAMA etdi

Tamara Mustafayeva, Banco.az

Son dövrlərdə, xüsusən də, İlon Maskın sayəsində müntəzəm olaraq rekord yeniləyən Bitkoin hazırda iqtisadi sferanın əsas gündəm mövzularından biridir.

Bu gün səhər saatlarında 47 min dolları üstələyərək yeni rekorda imza atan Bitkoin təbii ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın da diqqətindən kənar qalmayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, mövzu ilə bağlı açıqlama edən sədr Bitkoin və digər kriptovalyutalar üzrə yeni tənzimləmə mexanizmi tətbiq ediləcəyini bildirib. Kriptovalyutaları spekulyasiyalara həssas pul vahidi kimi dəyərləndirən Leqard bu istiqamətdə yatırım edəcək şəxslərin bu reallığı nəzərə almalarını zəruri hesab etdiyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et