Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırma ehtimalı çoxalıb | Banco.az

Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırma ehtimalı çoxalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) gələn il Avrozonada inflyasiyanın 3 faizdən yuxarı qalacağını gözləyir.

Banco.az xəbər verir ki, cümə axşamı elan olunacaq Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi qərarından əvvəl bankın Avrozona ilə bağlı iqtisadi proqnozlarının ilk əlamətləri gəlməyə başlayıb.

Mənbələrin məlumatına görə, ECB gələn il Avrozona ölkələrində inflyasiyanın 3 faizdən yuxarı qalacağını düşünür.

Bu il və 2024-cü il üçün artım gözləntilərinin də bazar proqnozlarına uyğun olaraq aşağıya doğru yenidən nəzərdən keçirilməsi gözlənilir.

Qeyd edək ki, xəbərin yayımlanmasının ardınca avro dollar qarşısında itkilərini silib. Bununla yanaş, daha əvvəl faiz dərəcələrinin sabit saxlanılmasına dair proqnozlar üstünlük təşkil etdiyi halda, artıq treyderlər faiz artımı ehtimalını 50 faiz səviyyəsində qiymətləndirməyə başlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et