Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankının (ECB) 2025-ci ilin sonuna qədər faiz dərəcələrini 6 dəfə azaldacağı gözlənilir.
Banco.az xəbər verir ki, iqtisadçılar ECB-nin gələn ilin sonuna qədər hər rüb depozit faizlərini azaldacağını proqnozlaşdırırlar.
"Bloomberg" nəşrinin sorğusuna görə, depozit faizləri ardıcıl 6 rüb üzrə 25 baza bəndi azalacaq və 2025-ci ilin dekabrında 2,25 faizə enəcək. Əvvəlki sorğuda mərkəzi bankın bu faiz dərəcəsinə 2026-cı ilin 2-ci rübündə çatacağı proqnozlaşdırılırdı.
Xatırladaq ki, Avropa Mərkəzi Bankı (ECB) inflyasiyanın 2 faizə çatacağına inamı artıraraq iyun ayında faiz dərəcələrini aşağı salmışdı.
Sorğuda iştirak edən iqtisadçılar həmçinin Avropanın ən böyük iqtisadiyyatı Almaniyanın 2024-cü ilə dair artım proqnozunu 0,2 faizdən 0,1 faizə endiriblər.
Bizi sosial şəbəkələrdən izləyin!!