Beynəlxalq valyuta birjalarında bu gün baş tutacaq Avropa Mərkəzi Bankının gələcək planlarına dair açıqlamaları böyük maraqla gözlənilir.
Avro və lirənin qiymətləri investorların diqqət mərkəzində.
Beynəlxalq valyuta birjalarında böyük maraqla gözlənilən Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransına saatlar qalmış, avronun qiyməti 1.13$ ətrafında dalğalanmaqdadır.
Türkiyə birjalarında isə USD/TRY məzənnəsi isə 5.45TL-yə kimi bahalaşdıqdan sonra ticarət dinamikasının zəiflədiyi müşahidə edilir.
Qızılda bahalaşma 1312$-a kimi davam edə bilər
Əlvan mentallar bazarlarında qızılın bir unsiya üzrə qiymətində bahalaşma başlayıb və qiymət 1291$-ı da yuxarı istiqamətdə qırarsa, 1312$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.
İnvestAz