Avropa Mərkəzi Bankı yeni əsginaslar buraxır | Banco.az

Avropa Mərkəzi Bankı yeni əsginaslar buraxır

Avropa Mərkəzi Bankı (AMB) üzərində hazırkı sədr Kristin Laqardın imzası olan yenilənmiş avro əsginaslarının dövriyyəyə buraxılacağını elan edib.

Bu barədə AMB “Twitter” səhifəsində məlumat yayıb.

“Yeni imzalı əsginaslardan ilk olaraq 5 və 10 avro dəyərəindəki banknotlar dövriyyəyə buraxılacaq. Bu, gələn həftə reallaşacaq”, - məlumatda deyilir.

Qeyd edək ki, K.Laqard 2019-cu il noyabrın 1-dən AMB rəhbəri vəzifəsini icra edir. Amma buna qədər dövriyyədə yalnız onun üç sələfinin – Vim Duyzenberq (1998-2003-cü illərdə AMB-yə rəhbərlik edib), Jan-Klod Trişe (2003-2011) və Mario Draqinin (2011-2019) imzaları olan banknotlar olub.

AMB-dən bildiriblər ki, tənzimləyicinin keçmiş rəhbərlərinin imzaları olan əsginaslar yeniləri buraxıldıqdan sonra da qanuni ödəniş vasitəsi olaraq qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et