Avropa Mərkəzi Bankı uçot dərəcəsini aşağı salmağa başlaya bilər | Banco.az

Avropa Mərkəzi Bankı uçot dərəcəsini aşağı salmağa başlaya bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrini endirməyə başlaya bilər.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) rəsmisi Olli Rehn region ölkələrində inflyasiyanın ECB-nin 2 faizlik hədəfinə yaxınlaşdığını və bunun da iyun ayında pul siyasətini yumşaltmağa və faiz dərəcələrini azaltmağa başlamağa imkan yarada biləcəyini bəyan edib.

Bu barədə Rehn Finlandiya Mərkəzi Bankının saytında dərc olunmuş müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, təbii ki, dezinflyasiya meylinin davam edəcəyi və geosiyasi vəziyyətdə və enerji qiymətlərində daha da eniş olmayacağı ehtimalına əsaslanır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Avrozonada inflyasiya məlumatları cümə günü açıqlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram