Müəllif - Aida İsaq, Banco.az
Avropa Mərkəzi Bankı sərtləşdirilmiş pul siyasətini, o cümlədən əsas faiz dərəcəsini artırmağa davam edəcək. Buna səbəb isə regionda davam edən güclü qiymət təzyiqi və yüksək inflyasiyadır.
Banco.az xəbər verir ki, bunu bankın prezidenti Kristin Laqard bildirib. Məlumata görə, AMB-nin növbəti iclası gələn həftə keçiriləcək. Regionda məzənnənin gələcəyi əsas müzakirə mövzularından biri olacaq.
Qeyd edək ki, daha öncə Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva Avropa ölkələrini ortamüddətli perspektivdə zəif iqtisadi artım və yüksək ərzaq inflyasiyasının gözlədiyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!