Avropa Mərkəzi Bankı rəqəmsal avro ilə bağlı açıqlama verib | Banco.az

Avropa Mərkəzi Bankı rəqəmsal avro ilə bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ECB-dən rəqəmsal avro ilə bağlı açıqlama: Bu, üç-dörd ilə hazır ola bilər.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü Fabio Panetta rəqəmsal avronun 3-4 il ərzində buraxılma ehtimalının olduğunu bildirib.

Maraqla gözlənilən rəqəmsal avronun aqibətinə dair açıqlama verən bankın rəsmisi onu da vurğulayıb ki, tələb olduğu müddətcə əskinasların dövriyyədə mövcudluğu da davam edəcək.

Qeyd edək ki, ECB rəqəmsal avronun digər mərkəzi bankların rəqəmsal valyutaları ilə birlikdə alqı-satqısını təmin etmək üçün ABŞ, Böyük Britaniya, İsveçrə, Kanada, Yaponiya və İsveç mərkəzi bankları ilə sıx əməkdaşlıq edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et