Avropa Mərkəzi Bankı faiz qərarını nə vaxt açıqlayacaq? | Banco.az

Avropa Mərkəzi Bankı faiz qərarını nə vaxt açıqlayacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) faiz qərarı investorların diqqət mərkəzindədir.

Banco.az xəbər verir ki, ECB-nin "şahin" addımlarla hərəkət etdiyi dövrdə dollar, qızıl və kriptovalyuta investorları bazarı narahat nəzərlərlə izləməyə davam edirlər. Bəs Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcəsi qərarını nə vaxt verəcək?

Avropa Mərkəzi Bankının (ECB) Pul Siyasəti Komitəsinin faiz iclasının təqvimi açıqlanıb.

Buna görə, ECB-nin növbəti faiz dərəcəsi qərar iclası mayın 4-də keçiriləcək. İclasdan sonra isə mərkəzi bankın faiz qərarı Bakı vaxtı ilə saat 17:15-də açıqlanacaq.

Qeyd edək ki, Bankın may və iyul iclaslarının hər birində faiz dərəcələrini 25 bənd artırması gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram