Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini dəyişməz olaraq saxlayıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) 3 əsas faiz dərəcəsini sabit saxlayıb.

Bununla bağlı mərkəzi bank bəyanat yayıb.

Bəyanatda deyilir ki, mərkəzi bank yenidən maliyyələşdirmə dərəcəsini 4,50 faiz, depozit dərəcəsini 4 faiz və marjinal maliyyələşdirmə dərəcəsini 4,75 faiz səviyyəsində saxlamaq qərarına gəlib.

İqtisadçılar da faiz dərəcələrinin dəyişdirilməyəcəyini gözləyirdilər.

ECB sədri Kristin Laqard faiz qərarından sonra təşkil edilən mətbuat konfransında bu açıqlamaları verib:

“2023 və 2024 inflyasiya gözləntilərini aşağıya doğru yenidən nəzərdən keçirdik. Son zamanlar inflyasiya aşağı düşsə də, qısamüddətli perspektivdə bir qədər də yüksələ bilər. Əvvəlki faiz artımları öz təsirini göstərməkdə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Avrozonadakı banklar nə qədər güclü olduqlarını nümayiş etdirdilər. Əgər bankların maliyyələşdirmə xərcləri daha da artarsa, iqtisadiyyatdakı ağır vəziyyət mənfi mənzərə yarada bilər.

Uzun müddət ərzində faiz dərəcələri bizə inflyasiya hədəflərimizə çatmağa kömək edəcək. Faiz dərəcələrinin endirilməsi üçün vaxtdan deyil, məlumatlardan asılıyıq. 2025-ci ildə əsas inflyasiyanın 2,1 faiz səviyyəsində olacağını proqnozlaşdırırıq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et