Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB) dekabr iclasında uçot dərəcəsini 50 baza bəndi artırıb.
Banco.az xəbər verir ki, 2022-ci ilin son iclasında faiz artım sürətini yavaşladan mərkəzi bankların sırasına Avropa Mərkəzi Bankı (ECB) də qoşulub.
Bank ötən iclasdakı 75 baza bəndi faiz artımından sonra bu dəfə 50 baza bəndi artım qərarı verərək faiz dərəcəsini 2%-ə çatdırıb.
Bununla yanaşı, mərkəzi bankın əsas yenidən maliyyələşdirmə dərəcəsi 2,5 faizə, marjinal kreditləşmə dərəcəsi isə 2,75 faizə qaldırılıb.
Qeyd edək ki, ekspertlər də məhz bu istiqamətdə qərarlar proqnozlaşdırmışdılar.
Bizi sosial şəbəkələrdən izləyin!!