Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı | Banco.az

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankı  (AMB) 2019-un ilk iclasında gözlənildiyi kimi, faiz nisbətlərində dəyişikliyə getmədi. 

Bank pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0.40%-dəvə marginal maliyyələşmə faizini də 0.25%-də saxlayıb.

AMB, ən azı yay ayına qədər faizlərin bu səviyyələrdə qalacağını təkrarlayıb.

AMB 2.6 trilyon avroluq istiqraz alışı proqramını ötən ay dayandırmışdı.

İqstiqraz alışı proqramı, 2015-ci ilin Mart ayında Avro Bölgəsi iqtisadiyyatını deflyasiya  təzyiqlərdən xilas etmək və etibarı yenidən təsis etmək məqsədi ilə başlamışdı. Avropanın Almaniya, Fransa, İtaliya kimi aparıcı iqtisadiyyatlarında aşağı inkişaf investorlar arasında durğunluq  narahatlıqlarını də gündəmə gətirir.

Ən sərfəli kredit üçün müraciət et

Qərardan sonra Mərkəzi Bankın sədri Mario Draghi-nin mətbuat konfransında açıqlamaları gözlənilir.

Bakı vaxtı ilə saat 17:10-da Avro/Dollar məzənnəsi 0,4% mənfidə 1.1341 səviyyəsində olub. (Avro ucuzlaşıb, Dollar bahalaşıb)

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et