Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı | Banco.az

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcəsində dəyişikliyə getmədi. 

Bank tərəfindən Cümə axşamı günü verilən məlumata görə, faizi 0.00 faizdə, marginal maliyyələşmə nisbəti  0.25 faizdə və depozit faizini mənfi 0.40 faiz səviyyəsində sabit saxlanıb.

Bank tərəfindən, faizlərdə ən azı 2019-cu ilin yayına qədər dəyişikliyin edilməyəcəyi qeyd edilən açıqlamada, qiymətli kağız (istiqraz) alışlarının Dekabr ayında sona çatdırılmasının gözlənildiyi bildirilib. 

AMB, qiymətli kağız alışlarını Dekabra qədər aylıq 15 milyard avro səviyyəsinə endirib.

Ən sərfəli kredit üçün müraciət et

Bank istiqraz alışlarının dayandırılmasının gələcək məlumatlara bağlı olduğunu vurğulayıb. Bank, inflyasiyanın yüksəlməsi üçün lazım olan müddət ərzində faizlərdə dəyişikliyə getməyəcək.

Avropa Mərkəzi Bankı faiz nisbətlərində dəyişikliyə getmədi. İstiqraz alışlarını Dekabra qədər aylıq 15 milyard avroya endirdi.

Qərarın ardından Avro Dollar qarşısında cüzi bahalaşıb. Bakı vaxtı ilə saat 16:15-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,21% yüksələrək 1.1416 dollara qalxıb.