Avropa Mərkəzi Bankı 19 ildən sonra zərər açıqlayıb | Banco.az

Avropa Mərkəzi Bankı 19 ildən sonra zərər açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) 19 ildən sonra zərər açıqlayıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) inflyasiya ilə mübarizə üçün borclanma xərclərini əhəmiyyətli dərəcədə artırdıqdan sonra 2023-cü ili zərərlə başa vurub.

Artan faiz dərəcələri keçmiş stimullaşdırma səylərinin dəyərini artırdığından 6,6 milyard avroluq risk ehtiyatları tam sərbəst buraxılsa da, 2023-cü il üzrə kəsir 1,27 milyard avro olaraq qeyd edilib.

ECB "növbəti bir neçə il ərzində" mənfi nəticələr barədə xəbərdarlıq etsə də, bunun onun fəaliyyətinə mane olmayacağını da bildirib.

ECB ötən ilki itkiyə baxmayaraq, maliyyə vəziyyətinin dayanıqlı qaldığını və xalis kapitalının hələ də 45 milyard avro səviyyələrində olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram