Avropa Komissiyası (AK) Avrozonanın ÜDM –nun 2015-ci ildə 1,3 %-dən 1,5%-dək yüksələcəyinin proqnozunu verir.
AK bu il üçün Avrozonanın ÜDM-da 1,5 %, 2016-cı ildə isə 1,9%-dək artım gözlədiyini bildirib.
AK öz qış proqnozunda isə real ÜDM-un 2015-ci ildə 1,3 %, 2016-ci ildə isə 1,9 % artım olacağı ehtimalını bildirmişdi.
AK –nın bu ilin yazına olan proqnozuna əsasən Avrozonada bu il üçün işsizlik 11% təşkil edir, yalnız 2016-ci il üçün bu göstərici 10,5 %-dək azalacaq.
Bu ilin qışında isə AK - 2015-ci ildə işsizlik səviyyəsinin 11,2%, 2016-cı ildə isə 10,6 % təşkil edəcəyini bildirmişdi.
Məruzədə bildirənlərə baxılarsa, Rusiyaya qarşı qoyulmuş sanksiyalar daha uzunmüddətli davam edərsə, bu Rusiyanın özündən çox Avrozonaya daha güclü təsir göstərə bilər.
Müəllif: Fidan Maqbet qızı