Avropa Komissiyası üzv dövlətləri Şengen vizası ilə bağlı tənqid edib | Banco.az

Avropa Komissiyası üzv dövlətləri Şengen vizası ilə bağlı tənqid edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə Şengen vizasına dair tənqid ünvanlayıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyası “Şengenin vəziyyəti hesabatı 2023 ” adlı sənədi Avropa Şurası, Avropa Parlamenti, Avropa İqtisadi və Sosial Komitəsi və Regionlar Komitəsinə göndərib.

Hesabatda qeyd olunub ki, Kovid-19 pandemiyasının başa çatmasından sonra qlobal mobilliyin artması ilə Şengen viza müraciətlərində kəskin artım müşahidə edilib və bu da viza təyinatlarında və müraciətlərə baxılmasında ciddi gecikmələrə gətirib çıxarıb.

Həmçinin vurğulanıb ki, bəzi hallarda ərizəçilər agentliklərə və ya fiziki şəxslərə görüş almaq üçün 500 avroya qədər pul ödəməli olurlar. Bundan əlavə, üzv dövlətlər tez-tez ərizəçiləri viza müraciəti prosesi barəsində qeyri-kafi və yanlış məlumatlarla təmin edirlər ki, bu da miqrasiya və təhlükəsizlik risklərinin qiymətləndirilməsinin keyfiyyətinə təsir göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda Şengen vizaları ilə bağlı neqativ halların aradan qaldırılması üçün “üzv dövlətlərin konsulluqlarda müraciətlərin araşdırılması işləri üçün kifayət qədər personal işə götürməli olduğu” vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et