Müəllif:Ayşən İmanova/Banco.az
Avropa Komissiyası (AK) Ukraynaya Dəstək Fondundan Kiyevə 4,1 milyard avro məbləğində tranş köçürüb.
Banco.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Beləliklə, fond vasitəsilə verilən makromaliyyə kreditinin həcmi 16,1 milyard avroya çatıb.
Qeyd edək ki, Ukraynaya Dəstək Fondu Kiyev üçün 2027-ci ilin sonuna qədər nəzərdə tutulmuş və 2023-cü ilin sonunda qəbul edilmiş 50 milyard avroluq makromaliyyə kredit proqramıdır.