Müəllif - Aida İsaq, Banco.az
Avropa Komissiyası Ukraynadan beş Şərqi Avropa ölkəsinə taxıl tədarükü qadağasını sentyabrın 15-dək uzadıb.
Banco.az xəbər verir ki, eyni zamanda, sözegedən ölkələrin ərazisindən Aİ-nin digər dövlətlərinə tranzitə icazə verilir. Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə məlumat verilir. Həmçinin qeyd olunur ki, Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya istisna olmaqla Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan kimi məhsulların istehlak və ya emal üçün Aİ ərazisinə idxalı hələ də zəruridir.
Qərar dərc edildiyi andan qüvvəyə minib.
Bizi sosial şəbəkələrdən izləyin!!