Avropa Komissiyası “Temu” internet mağazasına qarşı araşdırmalara başlayıb | Banco.az

Avropa Komissiyası “Temu” internet mağazasına qarşı araşdırmalara başlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası (AK) Çinin “Temu” internet mağazasına qarşı “qanunsuz məhsul satdığı”na görə rəsmi araşdırmalara başlayıb.

Banco.az xəbər verir ki, bu barədə AK-nin saytında bildirilib.

Açıqlamada qeyd olunur ki, “Temu” platforması qeyri-qanuni məhsulların satışı ilə bağlı sahələrdə Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozmuş ola bilər. Söhbət istifadəçilərə satınalma tövsiyə etmək üçün istifadə edilən bazar alqoritmlərindən və şirkətin müştəri məlumatlarına çıxışından gedir.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabrın 11-də Avropa Komissiyası “Temu” bazarı ilə bağlı araşdırmaya başlayıb. O, onlayn bazarda qanunsuz məhsul təklif edən satıcıların olması və təkrar peyda olması ilə bağlı görülən tədbirlər barədə ətraflı məlumat və daxili sənədlər tələb edib.

Xatırladaq ki, may ayında Avropa Komissiyası Rəqəmsal Xidmətlər Qanununa uyğun olaraq platformanı “Amazon”, “Twitter” və “Tik Tok” ilə birlikdə “çox böyük şəbəkə platformaları” siyahısına daxil edib. Bu platforma Aİ-də məşhurdur və orta hesabla ayda təxminən 75 milyon aktiv istifadəçisi var.