Avropa Komissiyası “Meta”ya qarşı araşdırma başladıb | Banco.az

Avropa Komissiyası “Meta”ya qarşı araşdırma başladıb

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası “Facebook” və “Instagram”ın sahibi olan “Meta” ilə bağlı yetkinlik yaşına çatmayanların kifayət qədər müdafiə olunmadığı üçün araşdırmaya başlayıb. 

Banco.az xəbər verir ki, istintaq internet istifadəçilərini, o cümlədən uşaqları qeyri-qanuni məzmundan daha yaxşı qorumaq üçün hazırlanmış qaydalar toplusu olan Aİ Rəqəmsal Xidmətlər Aktı əsasında aparılır.

Açıqlamada Komissiya “Facebook” və “Instagram” sistemlərinin, o cümlədən alqoritmlərinin uşaqlarda davranış asılılığını təşviq edə biləcəyini ifadə edib.

Avropa Komissiyası həmçinin “Meta” tələblərinin uşaqların uyğun olmayan məzmuna daxil olmasına nə dərəcədə mane olduğunu və onların təhlükəsizlik və müdafiə səviyyəsini təmin etdiyini araşdıracaq. İstintaq çərçivəsində Komissiya əlavə sübutlar toplayacaq. Hələlik istintaqın yekunlaşacağı tarix dəqiqləşdirilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Meta"nın DSA qaydalarını pozduğu aşkar edilərsə, şirkət qlobal gəlirinin 6%-ə qədər cərimələnə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et