Avropa Komissiyası: İqtisadi genişlənmə siyasəti inflyasiyanın artmasına səbəb olur | Banco.az

Avropa Komissiyası: İqtisadi genişlənmə siyasəti inflyasiyanın artmasına səbəb olur

Müəllif - Fərid İslamov, Banco.az

Avropa Komissiyası: İqtisadi genişlənmə siyasəti inflyasiyanın artmasına səbəb olur

Banco.az xəbər verir ki, Avropa Komissiyası avrozona ölkələrinə xəbərdarlıq edib ki, enerji böhranı ilə mübarizə aparmaq üçün tətbiq etdikləri genişləndirici siyasət inflyasiyanı artıra bilər. Brüssel hesab edir ki, zərəri minimuma endirmək üçün hamını deyil, yalnız ən həssas ailələri və biznesləri dəstəkləmək lazımdır.

"2022-ci ildə biz əhəmiyyətli fiskal stimul görürük. Bu, ÜDM-in təxminən 2%-ni təşkil edir. Bu əsasən enerji qiymətlərinin təsirinin yumşaldılması tədbirləri ilə bağlıdır. Əvvəllər bu, 1,25% idi. Belə güclü iqtisadi ekspansiya, əlbəttə ki, inflyasiya artımını gücləndirə bilər.”, - İqtisadi Məsələlər üzrə Avropa Komissarı Paolo Gentiloni bildirib.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadi genişlənmə siyasətlərinə adətən vergilərin azaldılması və mal və xidmətlərə dövlət xərclərinin artırılması daxildir. Avropa Komissiyasının hesablamalarına görə, 2022-ci ilin sonuna qədər bu, 200 milyard avro təşkil edəcək.

Aİ-nin maliyyə nazirləri Avropa Komissiyasının 2023-cü il üçün büdcə layihələrini araşdırdıqdan sonra dekabr ayında keçiriləcək iclasda həssas təbəqənin dəstəklənməsi və inflyasiyanın qarşısının alınması arasında tarazlığın yaradılması üzrə tədbirləri müzakirə edəcəklər.

Ən sərfəli krediti almaq üçün müraciət et