Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib | Banco.az

Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası (AK) 5 il müddətinə Çindən Avropa İttifaqına elektriklə işləyən avtomobillərin idxalına 35%-ə qədər rüsumun tətbiqini təsdiqləyib, lakin tərəflər kompromis həll yolunu axtarmağa davam edəcəklər.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

“Bu gün Avropa Komissiyası Çindən batareyalı elektromobillərin idxalına beş il müddətinə yekun kompensasiya rüsumları tətbiq etməklə antisubsidiya araşdırmasını başa çatdırıb”, – sənəddə qeyd olunub.

Bununla yanaşı, Aİ-nin yüksək səviyyəli nümayəndəsinin jurnalistlərə bildirdiyinə görə, Avropa Komissiyası tərəfindən rüsumun təsdiqlənməsinə baxmayaraq, tərəflərin texniki qrupları kompromis həll yolunun tapılması üçün danışıqları davam etdirirlər.

Diplomatın sözlərinə görə, "Avropa Komissiyasının qərarı çərşənbə günü Aİ-nin Rəsmi jurnalında dərc edilməli və cümə axşamı, oktyabrın 31-də qüvvəyə minməlidir".