Avropa İttifaqının yeni rəhbərləri müəyyənləşib | Banco.az

Avropa İttifaqının yeni rəhbərləri müəyyənləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Növbəti 5 ildə Avropa İttifaqını (Aİ) idarə edəcək şəxslər müəyyənləşib.

Banco.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə İttifaq ölkələrinin dövlət və ya hökumət başçılarının iştirakı ilə keçirilən Aİ Liderlər Zirvəsində 6-9 iyun tarixlərində keçirilmiş Avropa Parlamenti (AP) seçkilərinin ardınca qarşıdakı 5 ildə Aİ-ni idarə edəcək şəxslər müəyyənləşib. 

Avropa İttifaqı (Aİ) liderləri Portuqaliyanın keçmiş Baş naziri Antonio Kostanı Aİ Şurasının sədrliyinə seçiblər.

Bununla yanaşı, onlar Aİ Komissiyasının sədri Ursula fon der Leyenin yeni müddətdə də vəzifəsini davam etdirməsini və Estoniyanın Baş naziri Kaja Kallasın Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi təyin edilməsini təklif ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sosial media hesabında açıqlama verib.

Qeyd edək ki, Kostadan başqa, digər adı çəkilən şəxslər öz vəzifələrini yerinə yetirmək üçün iyulun 16-da AP Baş Assambleyasından etimad səsi almalıdırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram