Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqının təklif etdiyi qazın maksimal qiyməti olduqca yüksəkdir. Banco.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateusz Morawiecki bildirib.
“Bu qiymət həqiqətən qaz üçün maksimum səviyyədə olan təklidir. Ən yüksək həddi tətbiq edib sonra qiymətin qalxmayacağını söyləmək ədalətli deyil" - deyə o, qeyd edib. Bundan başqa nazir böhran zamanı qiymətin məqbul səviyyədə saxlanılmasının vacibliyini vurğulayıb.
Bundan əvvəl yayılan məlumata görə məlum olub ki, Avropa İttifaqında (Aİ) qazın qiymətinə məhdudiyyətlər tətbiq etmək qərarı alyansın dekabrın 19-da keçirilməsi planlaşdırılan növbəti sammitinə qədər təxirə salına bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!