Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı "Facebook"a qarşı anti-inhisar fəaliyyəti üzrə məhkəmə işi açmağa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa İttifaqı "Facebook" şirkətininin rəqiblərinə qarşı rəqabət qanununa zidd hərəkət edib-etmədiyini araşdırmaq üçün rəsmi istintaq başladacaq.
"Financial Times" nəşrində yayımlanan xəbərə görə, Aİ rəsmiləri artıq "Facebook" şirkətinə və rəqiblərinə müvafiq sualların siyahısını göndərməklə şirkətin təsnifatlandırılmış reklam xidmətləri üzrə xətaya yol verib-vermədiyini araşdırmağa çalışır.
Xatırladaq ki, "Facebook" bu vaxtadək anti-inhisar istintaqına məruz qalmayan yeganə Amerikalı şirkət idi. Belə ki, daha əvvəl Microsoft, Amazon, Apple və Google kimi nəhənglərə qarşı da sözügedən araşdırma başladılmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!