Avropa İttifaqından "Amazon"a qadağa | Banco.az

Avropa İttifaqından "Amazon"a qadağa

Müəllif:Mehin Qasımova/Banco.az

Avropa İttifaqı Amazon-un 1,7 milyard dollara almağı planlaşdırdığı robot tozsoran şirkətini bloklayıb.

Banco.az xəbər verir ki,  Avropa Komissiyasının başlatdığı rəqabət araşdırması çərçivəsində Amazon-un  adıçəkilən şirkəti alması ətraflı qiymətləndirilib.

Komissiya bəyan edib ki, Amazon-un iRobot-u 1,7 milyard dollara alması robot tozsoran bazarında rəqabəti məhdudlaşdıra bilər.

Açıqlamada Amazon-un pərakəndə satıcılara robot tozsoranlar da daxil olmaqla müxtəlif məhsulların reklamı və satışına imkan verən onlayn bazar təklif etdiyi və Amazon-un bu bazarda robot tozsoranların pərakəndə satışı kimi də fəaliyyət göstərdiyi qeyd edilib. 

Komissiyanın fikrincə, Amazon iRobot-u əldə edərsə, robot tozsoran bazarında rəqiblərinə mane olacaq strategiyalar hazırlayaraq özünə yol aça bilər. Bu, haqsız rəqabətə səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Komissiyasının səlahiyyətlərinə Avropa ölkələrində fəaliyyət göstərən iri miqyaslı şirkətlərin böyük alışlarına nəzarət etmək daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et