Avropa İttifaqında büdcə kəsiri artıb | Banco.az

Avropa İttifaqında büdcə kəsiri artıb

Ötən il Avropa İttifaqında (Aİ) büdcə kəsirinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 2018-ci illə müqayisədə 0,2% bəndi artaraq 0,6%-ə yüksəlib.

Bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) hesabatında məlumat verilib.

Bildirilir ki, eyni dövrdə Avrozonada isə büdcə kəsirinin ÜDM-ə nisbəti 0,1% bəndi artaraq 0,6% təşkil edib.

Məlumata görə, analoji dövrdə Aİ-yə üzv ölkələr arasında ən yüksək büdcə kəsiri Rumıniya (4,3%) və Fransada (3%), ən yüksək büdcə profisiti isə Danimarka (3,7%), Lüksemburq (2,2%) və Bolqarıstanda (2,1%) qeydə alınıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram