Avropa İttifaqına görə, kosmos artıq rəqabətin yeni mərkəzidir | Banco.az

Avropa İttifaqına görə, kosmos artıq rəqabətin yeni mərkəzidir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) yeni rəqabət mühitinin kosmos olduğunu iddia edir.

Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrel bildirib ki, onlar kosmosa gələcək rəqabət və “bir növ döyüş” meydanı kimi baxırlar.

Cosef Borrel bu barədə Avropa Kosmik Konfransının açılışındakı çıxışı zamanı bildirib.

O bildirib ki, kosmos strateji təsir sahəsinə çevrilib, hazırda həyatın bütün sahələrində aktivdir, təhlükəsizlik və müdafiədə də artıq əsas döyüş meydanlarından biri kimi qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Keçən il dünya hökumətlərinin kosmik tədqiqatlara 100 milyard dollar vəsait ayırdığını qeyd edən Borrell hazırda kosmosda 5500 peykin orbitdə olduğunu xatırladıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et