Avropa İttifaqı üzv ölkələri qaz istehlakını azaltmağa çağırıb | Banco.az

Avropa İttifaqı üzv ölkələri qaz istehlakını azaltmağa çağırıb

Tamara Mustafayeva, Banco.az

"Financial Times" nəşrinin məlumatına görə, Avropa İttifaqı öz üzvlərinə qaz istehlakını dərhal azaltmağı tövsiyə edəcək və onlardan könüllü qənaət səviyyələri təyin etməyi xahiş edəcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa ilə Rusiya arasında “qaz müharibəsi” qarşılıqlı addımlarla davam edir.

Britaniyanın "Financial Times" qəzeti yazır ki, Avropa İttifaqı öz üzvlərinə qaz istehlakını "dərhal" azaltmağı tövsiyə etməyə hazırlaşarkən, digər tərəfdən də daha çox resursa qənaət edilməzsə, qitənin qış aylarında yanacaq qıtlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Müvafiq olaraq, Avropa Birliyi gələn həftə öz üzvlərinə qaz istehlakını azaltmaq üçün könüllü hədəf səviyyələri təyin etməyə icazə verəcək. Bildirilib ki, tədarükdə ciddi fasilələr yaranarsa, müəyyən edilmiş hədəflərə əməl olunması məcburi olacaq. Ancaq qeyd edək ki, hazırlanan planla bağlı hələ ki, dəqiq rəqəmlər müəyyən edilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et