Müəllif:Ayşən İmanova/Banco.az
Aİ Birgə Araşdırma Mərkəzi “Telegram”ın Aİ Rəqəmsal Xidmətlər Aktını (DSA) mümkün pozması ilə bağlı texniki araşdırmaya başlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Aİ-nin hüquq və məlumat ekspertləri hesab edirlər ki, “Telegram” 45 milyon istifadəçi həddi keçməmək üçün Avropa İttifaqında mövcudluğunu aşağı göstərə bilər, çünki bu dəyərdən yuxarı olan onlayn platformalar bir sıra qaydalara tabedir.
Nəşrin məlumatına görə, “Telegram” fevral ayında Aİ-də 41 milyon istifadəçinin olduğunu iddia edib. Aİ-nin Rəqəmsal Xidmətlər Aktına (DSA) əsasən, platforma avqust ayında yeniləmə təqdim etməli idi, lakin bunu etməyib və Aİ-də orta aylıq aktiv istifadəçi sayının əhəmiyyətli dərəcədə az olduğunu bildirib.
Aİ rəsmilərinin sözlərinə görə, yeni məlumatların təqdim edilməməsi “Telegram”ın DSA-nı pozması deməkdir.
“Telegram” hələlik araşdırmaya münasibət bildirməyib.