Avropa İttifaqı “Telegram”ın tənzimləməsini öz üzərinə götürmək qərarına gəlib | Banco.az

Avropa İttifaqı “Telegram”ın tənzimləməsini öz üzərinə götürmək qərarına gəlib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası Belçika Poçt Xidmətləri və Telekommunikasiya İnstitutunu (BIPT) Aİ-də “Telegram”messencerinin tənzimləyicisi kimi təyin edib.

Banco.az xəbər verir ki, bu barədə Belçikanın “De Standaard” nəşri məlumat verib.

Nəşrin məlumatına görə, Belçika Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu (BIPT) “Telegram” messencerində qeyri-qanuni məzmunun yayılmasına, məsələn, zorakılığa və ya qeyri-qanuni silah satışına çağırışlara necə reaksiya verəcəyinə nəzarət edəcək.

BIPT sözçüsü Cimmi Smedts bildirib ki, Avropa Komissiyası tərəfindən tənzimləyicinin təyin edilməsi ilə bağlı rəsmi açıqlama dərc edildikdən sonra bir neçə gün ərzində gözlənilir".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Telegram” istifadəçi şikayətlərinə cavab vermədiyi təqdirdə, tənzimləyici onu cərimələyə biləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et