Avropa İttifaqı telefon istehsalçılarına sərt qaydalar tətbiq edəcək | Banco.az

Avropa İttifaqı telefon istehsalçılarına sərt qaydalar tətbiq edəcək

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) "Apple" və "Samsung" kimi şirkətlər üçün smartfon və planşetlərinin batareya ömrünü uzatmaq və ehtiyat hissələrinə asan çıxışı təmin etmək üçün qanun hazırlayır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Aİ Komissiyası smartfonlar və planşetlər kimi elektronika avadanlıqlarının davamlı, enerjiyə qənaətcil və dayanıqlı, yəni ekoloji cəhətdən təmiz dizaynı üçün hazırladığı yeni qanun layihəsini yayımlayıb.

Qanun layihəsinə əsasən, istifadəçinin razılığı olmadığı təqdirdə sözügedən məhsulların enerji sərfiyyatı əməliyyat sisteminin proqram təminatının və ya texniki vasitələrin yenilənməsi halında zəifləməyəcək.

Bir sözlə, proqram təminatı yeniləməsi məhsulun performansına mənfi təsir göstərməyəcək. Cihazlarda yeniləmənin rədd edilməsi nəticəsində heç bir performans dəyişikliyi olmayacaq. İstehsalçılar öz cihazları satışa çıxarıldıqdan sonra 5 il ərzində batareyalar, qapaqlar, ekranlar, kameralar, düymələr, dinamiklər, mikrofonlar kimi 15 müxtəlif ehtiyat hissələrini peşəkar təmirçilərə təqdim etməli olacaqlar. İstehlakçılar da 5 il müddətində batareya, ekran, arxa qapaq, sim və yaddaş kartı yuvası kimi ehtiyat hissələri əldə edə biləcəklər. İstehsalçılar xarab olan cihazların təmiri üçün ağlabatan və münasib ödəniş tələb edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Aİ Komissiyası sentyabr ayı ərzində layihə ilə bağlı ictimai rəyi topladıqdan sonra tənzimləməni yekunlaşdıracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et