Avropa İttifaqı "təhlükəsiz ölkələr" siyahısını növbəti dəfə yenilədi | Banco.az

Avropa İttifaqı "təhlükəsiz ölkələr" siyahısını növbəti dəfə yenilədi

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ABŞ-ı "təhlükəsiz ölkələr" siyahısından çıxarıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Aİ yoluxma sayının artması səbəbilə Amerikaya səfərlərə yenidən məhdudiyyət tətbiq etməyə qərar verib.

Avropa İttifaqı pandemiya səbəbindən tətbiq etdikləri səyahət məhdudiyyətlərini yeniləyərkən bəzi ölkələri "təhlükəsiz ölkələr" siyahısından çıxarıb. Buraya Amerika ilə yanaşı İsrail, Kosovo, Livan, Monteneqro və Şimali Makedoniya da daxildir.

Xatırladaq ki, Xəstəliklərin Qarşısının Alınması və Nəzarət olunması üzrə Avropa Mərkəzinin məlumatlarına görə, 22 avqustda başa çatan iki həftəlik müddət ərzində ABŞ-da 100 min nəfərə düşən yoluxma sayı 588 qeydə alınıb ki, Aİ üçün bu göstərici üzrə tələb 75-dir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et