Avropa İttifaqı sığorta şirkətlərinin kapital adekvatlığını azaldır | Banco.az

Avropa İttifaqı sığorta şirkətlərinin kapital adekvatlığını azaldır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) qurumları üzv ölkələrdə fəaliyyət göstərən sığorta şirkətlərinin kapital adekvatlığını azaltmaq barədə razılıq əldə ediblər.

Banco.az xəbər verir ki, Avropa Parlamenti (AP) İttifaqın sığorta sektorunu və sektorun kapital adekvatlığı əmsalını tənzimləyən qaydaların yenilənməsi ilə bağlı üzv dövlətlərlə danışıqlarda konsensus əldə etdiyini açıqlayıb.

Konsensusa əsasən, sığorta sektorunun kapital adekvatlığı qaydaları dəyişdiriləcək və şirkətlərin ehtiyatda saxlamalı olduğu əhəmiyyətli miqdarda resurs iqtisadiyyata ötürüləcək. 

Sığorta sənayesinin ehtiyat səviyyələrini müəyyən edən kapitalın dəyəri əmsalı hazırkı 6 faiz səviyyəsindən 4,75 faizə endiriləcək.

Sektor üzrə audit sadələşdiriləcək. Aİ ölkələrində sığorta nəzarəti orqanlarının bir-biri ilə daha çox əməkdaşlıq etməsinə şərait yaradılacaq. Sığortaçılar davamlılıqla bağlı riskləri daha yaxşı hesablamalı və bu risklər haqqında daha çox hesabat hazırlamalı olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni qaydalar üzv dövlətlər və AP tərəfindən rəsmi şəkildə təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et